Rusiya növbəti dəfə Xarkova “İsgəndər” raketləri ilə zərbələr endirib

post-img

Rusiya silahlı qüvvələri ötən gecə Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərinə “İsgəndər” zenit-raket kompleksləri ilə zərbələr endirib. Bu barədə Xarkov Hərbi-Vilayət Administrasiyasının rəhbəri Oleq Sinegubov bildirib.

Hücum nəticəsində 3 nəfər mülki şəxs yaralanıb, 5 yaşayış binasına ziyan dəyib.

Rusiya Silahlı Qüvvələri həmçinin, Ukraynanın Çuqevski və İzyum rayonlarının kəndlərinə də zərbələr endirib.

 

Rizvan FİKRƏTOĞLU,

 “Xalq qəzeti”

Dünya