Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan minifutbol turniri başa çatıb

post-img

Bakıda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turniri başa çatıb.

Bu gün keçirilən final və üçüncü yer uğrunda oyunlarla yarışa yekun vurulub. Belə ki, Azərbaycan millisi bürünc medallar uğrunda mübarizədə Qazaxıstan yığması ilə 2:2 hesabı ilə heç-heçə edib. Qalibi müəyyənləşdirmək üçün  penaltilər seriyasında daha dəqiq oynayan Qazaxıstan bürünc medala yiyələnib. Elşad Quliyevin yetirmələri isə turniri 4-cü pillədə başa vurublar.

Qeyd edək ki, finalda Serbiya və Çexiya seçmələri üz-üzə gəliblər. Oyunda Çexiya millisi 4:3 hesabı ilə qalib gəlib. Bununla da Çexiya seçməsi beynəlxalq turnirin qalibi olub. Serbiya komandası isə gümüş medal qazanıb.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman