FDE prezidenti Bakıdakı “Kristal Zal”da olub

post-img

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən “Xalq qəzeti”nə bildirilib ki, FIDE prezidenti Arkadi Dvorkoviç ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalının keçirildiyi Bakı “Kristal Zal”da olub. FIDE rəhbəri yaradılan şəraiti yüksək qiymətləndirib. Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov yarışla bağlı qonağa məlumat verib.
Sonra FIDE rəhbəri Azərbaycan Şahmat Federasiyasının prezidenti ilə şahmat taxtası arxasında yoldaşlıq görüşündə qarşılaşıb. Partiya heç-heçə ilə yekunlaşıb.

Elçin ABBASOV,
“Xalq qəzeti”



İdman