Şamaxıda ulu öndər Heydər Əliyevə həsr olunmuş elmi-praktik konfrans

post-img

Şamaxı Rayon İcra Hakimiyyətinin və Şamaxı rayon Heydər Əliyev Mərkəzinin 
birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik 
yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan: qüdrətli dövlətçilik, milli 
inkişaf və böyük zəfər "adlı elmi-praktiki konfrans keçirilib. Konfrans iştirakçıları 
öncə Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən kitab və 
fotoşəkillərdən ibarət sərgiyə baxış keçirib. Sonra Heydər Əliyev ilinə həsr 
olunmuş film nümayiş olunub. 

Konfransda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Şamaxı 
Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova, Azərbaycan 
Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi siyasi 
elmlər üzrə fəlsəfə doktoru, dosent Cahangir Cahangirli, AMEA-nın 
A.A.Bakıxanov adına Tarix İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin 
aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Həsənov, AMEA-nın 
Z.M.Bünyadov adına Şərqşünaslıq İnstititunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə 
doktoru, dosent Sübhan Talıblı, AzadMedia.az xəbər agentliyinin redaktoru, 
jurnalist Ülkər Piriyeva çıxış edib. 

Çıxışlarda vurğulanıb ki, ulu öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı 
əvəzsiz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir, ümummilli 
liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi 
dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi 
nailiyyətlər qazanmasına xidmət etmişdir. Müdrik dövlət xadiminin müstəqillik 
illərində Azərbaycana rəhbərlik etdiyi mərhələ sabitlik, tərəqqi dövrü kimi tarixə 
həkk olmuşdur. O, sözün əsl mənasında, müstəqil Azərbaycan dövlətinin qurucusu, 
Azərbaycan xalqının xilaskarı, dünya azərbaycanlılarının ümummilli lideridir. 
Heydər Əliyevin zəngin siyasi irsi və əbədiyaşar ideyaları isə xalqımızın tükənməz 
milli sərvəti, milli tərəqqi yoludur.

Anar Əli,
“Xalq qəzeti”







Elm