Rafiq Əliyev dünya çempionatına vəsiqə qazanıb

post-img

Azərbaycan Milli Paralimpiya Komitəsinin güllə atıcılığı üzrə kişilərdən ibarət yığma komandası Almaniyanın Hannover şəhərində keçirilən beynəlxalq turnirdə daha bir medal qazanıblar.

Belə ki, Kamran Zeynalov, Rafiq Əliyev və Rəşad İmaməliyevdən ibarət millimiz Hannoverdə keçirilən Beynəlxalq turnirdə pnevmatik tapançadan 10 metrəyə atışda (P1) gümüş medal qazanıb.

Azərbaycan Milli Paralimpiya Komitəsindən aldığımız məlumata görə, millimizin üzvü Rafiq Əliyev isə yarışda yüksək nəticə göstərərək dünya çempionatına lisenziya qazanıb.

Qeyd edək ki, turnir 17-29 sentyabr 2023-cü il tarixlərində Perunun paytaxtı Lima şəhərində keçiriləcək Dünya Çempionatında iştirak üçün lisenziya qazandırır.

Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman