Lionel Messi qərarını PSJ rəhbərliyinə bildirib

post-img

Son zamanlar kütləvi infotmasiya vasitələrində Argentina millisinin kapitanı Lionel Messinin cari mövsümün sonunda Fransanın PSJ klubundan ayrılacağı ilə bağlı çoxsaylı yazılar dərc olunurdu. Hətta ptən həftə biz özümüz də bu mövzuya toxunaraq"Le Parisien" nəşrinin ulduz futbolçu haqqında yazdıqlarını oxucularımızla bölüşmüşdük.

Çox keçmədi ki, "Le Parisien" və "Marca" kimi nüfuzlu dərgilərin səhifələrində yer alan fikirlər öz təsdiqini tapdı. Belə ki, iki gün öncə italiyalı insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında "Barselona"ın sabiq hücumçusu haqqında paylaşım edərək, onun yayda PSJ-dən ayrılacağı ilə bağlı yazıb.

İtalyalı insayder 36 yaşlı hücumçunun PSJ ilə bu yay başa çatacaq müqaviləsinin müddətinin uzadılmayacağını də xüsusi vurğu ilə qeyd edib. O, təcrübəli forvardın atası Xorxenin adını çəkərərək yazıb: "Lionel Messi qərarını ötən ay klub PSJ rəhbərliyinə çatdırıb".

Qeyd edək ki, PSJ evdə "Loryan"a 1:3 hesabı ilə uduzduqları Liqa 1 oyunundan sonra düşərgəni icazəsiz tərk edərək Səudiyyə Ərəbistanına yollanan Lionel Messini iki həftəlik komandadan kənarlaşdırıb.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman