Buğdanın qiyməti kəskin artıb

post-img

Moskvanın iki pilotsuz təyyarənin Kremlə hücum etdiyini bildirməsindən sonra Qara dənizdə gərginliyin artması fonunda buğda qiymətləri son altı ayda ən böyük artımını qeydə alıb.

Bu barədə "Bloomberg" məlumat yayıb.

Agentliyin qeyd etdiyi kimi, gərginlik Ukraynaya Qara dəniz vasitəsilə məhsul ixrac etməyə imkan verən gələcək təhlükəsiz dəhliz üçün çətin vaxta təsadüf edib. Türkiyə mətbuatının məlumatına görə, cümə günü Türkiyə, Rusiya və Ukrayna müdafiə nazirlərinin müavinləri Moskvanın mayın 18-də başa çatacağını bildirən müqavilənin uzadılmasını müzakirə etməlidirlər.

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, həmin gün Moskvada Rusiya BMT nümayəndələri ilə danışıqlar aparacaq.

İyul ayından bu yana sövdələşmə 30 milyon tona yaxın məhsulu qlobal bazara göndərib, Çin isə İspaniya və Türkiyəni izləyir. Qarğıdalı daşımaları yükün təxminən yarısını, buğda isə dörddə birini təşkil edir.

Gərginliyin artması buğda bazarında alışın artmasına səbəb oldu. Bundan əvvəl, dünya buğdasının çox hissəsinin yetişdirildiyi şimal yarımkürəsində əlverişli məhsul perspektivləri fonunda qiymətlər son iki ilin ən aşağı səviyyəsinə düşüb.

Çikaqo buğda fyuçersləri 1,2 faiz artaraq buşel (1 buşel=38,691kq) üçün 6,475 dollar olub. Bir gün əvvəl qiymətlər 5 faiz artıb.

S.ELAY,

"Xalq qəzeti"

İqtisadiyyat