Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII tur çərçivəsində "Qəbələ" və "Səbail" komandaları qarşı-qarşıya gəlib. Saat 17:30-da start götürən matç turun ən məhsuldar oyunu kimi yadda qalıb. Belə ki, oyun meydan sahiblərinin 4:2 hesablı qələbısi ilə başa çatıb.
Bu qələbədən sonra "Qəbələ" komandası 48 xalla dördüncü yerdəki mövqeyini bir qədər də möhkəmləndirib. 22 xala malik "Səbail" isə çempionatın autsayderidir.
Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

