Şamo Aslanov gümüş medal qazanıb

post-img

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin para-pauerliftinq idman növü üzrə milli komandasının üzvü Şamo Aslanov Gürcüstanın Tbilisi şəhərində keçirilən Dünya kubokunda +107 kq çəki dərəcəsində 3 cəhdin cəmində 595 kq nəticə göstərərək gümüş  medal qazanıb.

Qeyd edək ki, idmançımız fərdi kateqoriyada 205 kq nəticə göstərərək yarışı 4 cü pillədə tamamlayıb.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman