Tbilisidə daha bir qızıl medal

post-img

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin para-pauerliftinq idman növü üzrə milli komandasının üzvü Talıb Zeynalov Gürcüstanın Tbilisi şəhərində keçirilən Dünya kubokunda +107 kq çəki dərəcəsi "gənc idmançılar" kateqoriyasında,  146 kq nəticə göstərərək fərdi çəkidə qızıl medal qazanıb. Bu nəticə ilə idmançımız ümumi çəkidə də daha bir qızıl medalın sahibi olub.

Qeyd edək ki, Talıb Zeynalov böyüklər arasında 146 kq ilə yarışı 5-ci pillədə tamamlayıb.

İdmançımızı təbrik edirik!

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman