Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII tur çərçivəsində "Zirə" klubu "Turan Tovuz"u qəbul edib. Saat 20:00-da start götürən matç turun qonaqların qələbəsi ilə başa çatıb.
Belə ki, qonaqlar meydan sahibllərinin qapısından 3 top keçiriblər. "Zirə" klubu isə bu qollardan yalnız birinin əvəzini çıxa bilib. Beləliklə görüş "Turan Tovuz"un 3:1 hesablı qələbəsilə yekunlaşıb.
Bu görüşdən sonra "Turan Tovuz" 29 xalla altıncı yerdədir. 42 xala malik "Zirə" komandası isə beşinci sıradadır.
Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

