Aykut Kefi: bolidlərin səsi insanı həyəcanlandırır

post-img

Türkiyəli Formula 1 azarkeşi Aykut Kefi "Xalq qəzeti"nə açıqlamasında bildirdi ki, o, yarışı izləmək üçün İzmir şəhərindən gəlib. Aykut Kefi 10 il əvvəl də Bakıda olduğunu söylədi. Bildirdi ki, bu gün isə Formula 1 azarkeşi kimi şəhərimizin qonağıdır.

O qeyd etdi ki, Bakı Formula 1-ə yüksək səviyyədə ev sahibliyi edir. Bizim qaldığımız binada balkondan çox gözəl görünür yarış. Trekdə şütüyən bolidlərin səsi insanı həyəcanlandırır. 

"Yeri gəlmişkən, bütün azatkeşlərə demək istəyirəm ki, əgər siz Bakıda Formula 1 üzrə Azərbaycan Qran-Prisini izləmək istəyirsinizsə, bilet almaq üçün tez davranmalısınız. Çünki biz son anda çox çətinliklə bilet tapdıq"-deyə türkiyəli qonaq bildirdi.


Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman