Hacı Əliyev dördqat Avropa çempionu oldu

post-img

Sərbəst güləşçimiz Hacı Əliyev Xorvatiyanın Zaqreb şəhərində dördüncü dəfə Avropa çempionluğu sevincini yaşayıb.

Belə ki, 70 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz təsnifat mərhələsində italiyalı Canluka Talamoya tam üstünlüklə qalib gəlib - 12:1. O,  dörddəbir finalda almaniyalı Kevin Henkeldən üstün olub - 4:0. Millinin kapitanı yarımfinalda moldovalı Vasile Diakonu 4:1 hesabı ilə məğlub edərək beşinci dəfə Avropa çempionatının finalına yüksəlib.
Təcrübəli kapitan finalda bolqarıstanlı Ramazan Ramazanovu 10:3 hesabı ilə məğlub edərək dördqat Avropa çempionu ünvanına yiyələnib.

Qeyd edək ki,  H.Əliyev həm də üçqat dünya çempionudur.

Əlavə edək ki, bu gün daha əvvəl digər güləşçimiz Əliabbas Rzazadə (57 kq) Avropa çempionatında qızıl medal qazanıb.

Elçin ABBBASOV,
"Xalq qəzeti"

İdman