Azərbaycan və İtaliya parlamentlərindəki işçi və dostluq qrupları arasında memorandum imzalanıb

post-img

Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli və işçi qrupunun üzvü, Milli Məclisin komitə sədri Tahir Mirkişili İtaliyanın paytaxtı Roma şəhərində səfərdədirlər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində deputatlarımız İtaliya Respublikası Senatında Parlamentlərarası İttifaq yanında İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun yeni tərkibinin rəsmi təqdimat mərasimində iştirak ediblər.

Qeyd edək ki, İtaliyada 2022-ci ilin sentyabrında keçirilmiş seçkilərdən sonra cari il aprelin əvvəlində ölkə Senatında İtaliya-Azərbaycan dostluq qrupunun yeni tərkibi formalaşıb. Qrupun rəhbəri vəzifəsinə İtaliyanın hakim partiyasının (Fratelli d'Italia) üzvü Marko Skurria seçilib.

Aprelin 18-də keçirilmiş İtaliya Senatının Azərbaycanla dostluq qrupunun təqdimat mərasiminin sonunda Milli Məclisin İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu və İtaliya Senatının Azərbaycanla dostluq qrupu arasında memorandum imzalanıb.

Siyasət