Tarixi abidələrin mühafizəsi günü , 2563 saylı sərəncam - Keşikçidağ mağarası,   kurqanlar,  karvan vadiləri

post-img

BMT  bir  sıra əlamətdar hadisələrin , vəziyyətlərin və  günlərin Beynəlxalq statusa malik olmasında mühüm rol oynayır. BU , yalnız siyasətlə bağlı deyil, həm də onun tərkibində ixtisaslaşmış şəkildə yaradılaraq UNESCO adlandırılan mədəniyyət, elm və  təhsil istiqamətlərini  əks etdirən fəaliyyət növünü də  özündə cəmləşdirmişdir . Mədəniyyət incəsənət, turizm və etnoqrafik təbliğat əslində   dünyanın geniş yayılmış  təsir güclərindəndir.  Bu ənənə bəzi coğrafi ərazilərdə  zəif inkişaf etsə də, müəyyən təzyiq və təsirlər olsa da, BMT tərəfindən tövsiyə olunan bir sıra mövzular əsasında  müəyyən edilmiş ümumbəşəri , milli-mədəni və sosial-ictimai mövzuların yer aldığı  məsələlər müzakirələrdən sonra,  təqvimin müxtəlif günlərində fərqli adlar şəklində qərarlaşmışdır.  8 Mart Qadınlar Günü, Ümumdünya Sağlamlıq günü, Yer günü, Uşaq Hüquqlarının  müdafiəsi və Tarixi Abidələrin mühafizəsi günü məhz bu kimi əlamətdar günlərdən hesab olunur. 

18 Aprel Tarixi abidələrin mühafizəsi günüdür. 1983-cü ildən qəbul edilən bu qərar 1984-cü ildən etibarən, Beynəlxalq status almışdır.  Maddi və qeyri-maddi irsin məhvi, onların qorunması yaxud da bərpasına  olan ehtiyacdan yaranan əlamətdar günlə bağlı təşəbbüslər həmin ildən sonra  dünya ölkələri arasında həm də  yeni maraqların yaranmasına gətirib çıxarmışdır. 

     Eramızdan əvvəl və sonrakı dövrlərdə mövcud olan bir sıra yaşayış məskənləri, şəhərlərin qalıqları barədə danışarkən, onların bir zamanlar hansı şəkildə  mövcudluğu, mühafizəsi mövzusunda saysız-hesabsız tədqiqat işləri və elmi  araşdırmalara rast gəlmək olar. Avropada Asiya və şərq ölkələrinə aid bu kimi əhəmiyyətli  tarixi bilgilərə öz mənbələrində  az, bəzən isə , təhrif olunmuş şəkildə  yer ayrılır. Belə ki , Avropada  daha çox Qafqazın və  Asiyanın  orta əsrlərə və ondan sonrakı dövrü əhatələyən   tarixinə aid qalıqların mövcudluğunu isbatlayan tədqiqatlar sırasında ayrıseçkilik səbəbiylə, onlar haqqında  kifayət qədər dolğun məlumatlara rast gəlmirik, əksər hallarda isə təhriflərə yol verilir. Bir çox proseslərdə olduğu kimi, tarixi-etnoqrafik, mədəni irs mövzularına  dünyanın heç də hər yerində düzgün məlumatlara rast gəlmirik. Onlar tərəfindən ikili starndartların mövcudluğu təəssüf ki , bu istiqamətdə də özünü göstərir.  Tədqiq olunan  elmi, tarixi, mədəni araşdırmalar sırasında daha çox  Asiyanın, Qafqazın  yenidən tədqiqə və daha çox mühafizəyə ehtiyacı  olduğunu deyə bilərik. Azərbaycana aid olan , böyük müharibələr və milli ədavət nəticəsində dağıdılan,  məhvə düçar olan və hətta bərpası mümkün olmayan minlərlə bu kimi vəziyyətlərə rast gəlirik.  Belə ki, müxtəlif əsrlərdə qeyd etdiyim bu ərazilərə ən son köç edən azsaylı toplumlar və kənar qüvvələr tərəfindən edilən  müdaxilələr, təcavüz-hücumlar, soyqırımlar  nəticəsində azərbaycanlılara məxsus həmin çoğrafi məkanın bir çox yaşayış məskənləri  talan edilib. Onlar  azərbaycanlılara məxsus bir sıra  mənimsədikləriniərini  -inkişaf meyarlarını, etno-tarixin  bir böyük hissəsini , sənət növlərini , kulinariya daxil olmaqla  milli-mədəni sərvətləri mənimsəyərək özününküləşdirmişdir. Müxtəlif üsullarla talançılıq, qaçaqmalçılıq yolu ilə  böyük irsimizi ərazidən çıxarmağa nail olmuşlar.  Bu cür cəhdlər sayəsində  bir çox istiqamətlərdə  özününküləşdirməyi bacara bildilər. Bu tip mənimsəmələrin izini itirmək məqsədilə, üstəlik böyük coğrafi ərazilər, digər maddi və qeyri –maddi sərvətləri  mənimsəyib dağıntılar yaradaraq, həmin izləri tamamilə məhv etməyə çalışıblar. Vaxtilə , böyük etnoqrafik- mədəni irsə sahib olan , dövlətçilik tarixində özünəməxsus yer tutan Azərbaycan  məhz bu cür vəziyyətlərlə  digər dövlətlərə nisbətən, tez-tez qarşılaşmışdır. Beləliklə, Azərbaycan  öz gücü, qüdrəti hesabına qurub yaratdığı və minillikləri əhatə edən saysız-hesabsız mədəni,  tarixi abidələrinin zəngin irsininin itirilməsi ilə üz-üzə qalmışdır. 

     Müharibələrdə dağıdılıb talan edilən Azərbaycan irsi haqqında çox danışmaq olar, hansı ki  bəzilərini bərpa etmək mümkünsüz olub. Nə qədər çalışsaq da, hardan və nədər başlayacağımıza  çətinlik çəkirik -ən sonuncu rekvizitinə, dam-daşına, qapı-bacasına , xəritəsinə qədər qarət olunan mədəni abidələrimiz, muzeylərimiz, saraylarımız , təcavüz və işğal nəticəsində öz mövcudluğunu tamamilə itirmişdir. Bəziləri isə, indiyə kimi mövcudluğunu bərpa işləri nəticəsində  saxlaya bilmişdir. Buna  İçəri Şəhər Dövlət Memarlıq Qoruğunu, Qala qoruq kompleksini  , Suraxanı atəşgah məbədini,  Şəki xan sarayını   eyni zamanda bir sıra alban məbədlərimizi və digərlərini nümunə kimi göstərmək olar. 

   Dünyada ən qədim insan məskəni hesab edilən Qarabağdakı Azıx mağarasının yenidən bərpa və təmir olunması ölkəmizdə  müasir dövrdə tarixi keçmişə, milli-mənəvi dəyərlərə  olan diqqətin təcəssümüdür.

   Qədim və orta əsrlərə aid olan saysız-hesabsız abidələrimizin dağıdılması, məhv edilməsi və digər formada başqaları tərəfindən mənimsənilməsini bilərəkdən tarixiliyin zəyifliyinə yönəldilmiş terror aktlarına  bənzədə bilərik.  Qədim qalalar, tarixi abidələrdən söz açmışkən, Keşikçidağ adlandırdığımız daha bir abidəmiz bu qəbildəndir. Ordakı  Karvan dərəsini, kurqanları,  şəhər qalıqlarını , qədim mağaraları böyük şəhərin qalıqları hesab etmək olar.  Belə ki,  yarandığı , formalaşdığı dövr bəzi mənbələrdə qədim Qafqaz Albaniyası  dövrünə, başqa mənbələrdə isə daha qədim olduğuna dair məlumatlara  gedib çıxsa da, müasir dövrümüzdə  bu tikilinin kompleks şəkildə bərpasına diqqət ayırılır. Keçmiş SSRİ zamanında təxminən 1948 -ci ildən 1990-cı ilə qədər rəsmi olaraq, hərbi hissənin yerləşdiyi və hərbi təlimlərin keçirildiyi bu məkan demək olar ki, dağılmışdır. Onun qalıqlarının bərpa edilməsinə, kompleks şəkildə mühafizə olunmasına  isə, 19 dekabr 2007-ci ildə İlham Əliyevin 2563 saylı sərəncamından sonra başlanılıb. Sərəncama əsasən, həmin  ərazi Tarix-Mədəniyyət qoruğu elan edilmişdir. “Keşikçidağ Mağaralar Kompleksi”  etnoqrafik mədəniyyət kompleksi olaraq,  Qazax-Ağstafa yaxınlığındakı Qatardağ silsiləsində  nəhəng qayalıqlar üzərində müdafiə məqsədilə inşa edilib, Candargölün  şimal-şərqindən başlayaraq, böyük bir coğrafi ərazini əhatə edir. Vaxtilə, böyük bir yaşayış məskəni,  qala istehkam şəklində  mövcud olan həmin yaşayış məskənindən dağılıb talan edilməsinə baxmayaraq , bir sıra gəlmə və yerli xalqlar tərəfindən  monastır-məbəd, kilsə şəkilində dini etiqad məqsədilə də  istifadə olunub.  Burada müxtəlif dini ayinlər keçirilib, bu , icazəli şəkildə  hal-hazırda da davam etdirilir. Qoruq statusuna  sahib olduqdan  sonra, bura  ziyarətçilərin, turistlərin axını müşahidə edilir. Bu və bu kimi qoruqlar bizim keçmişimizdir. Keçmişə aid  dəyərli nə varsa, onlara sahib çıxmalıyıq. Çünki, onlar bizim gələcəyə ünvanlanan dəyərlərimizdir . Furqanlar, mağaralar, qala istehkamları abidə kimi  böyük bir xalqın tarixidir. Əvvəldən var olan mirasımıza sahib çıxaq , Hamılıqla, tariximizi qoruyaq ! Qoruyaq ki, tarixdə  qalmağı, itib-batmamağı  bacaraq ... Tarixdən dərs almağı bacaraq!  Eşidib araşdırmaqla, oxuyub-öyrənməklə  irsimizə dair yenilikləri hamıya tanıdaq. Beləliklə, tarixlərdə yaşayaq! 

Tarixi abidələrin mühafizəsi günündə tarixə baş vuraq, bu yolda yorulmadan bir az da dərindən araşdıraq.  İtib-batan, dağıdılan, qarət  edilən abidələrimizi,  mədəni sərvətlərimizi xatırlayaq, xatırladaq . Qalanlarını isə  qoruyaq, hər zaman onların keşiyində durmağı bacaraq! 

Qeyd etdiyim kimi , 18 Aprel beynəlxalq statusa malik Ümumdünya Tarixi Abidələrin Mühafizəsi günüdür. Bü gündə dərindən düşünməklə, bir daha  tarixə baş vuraq . Tarixi yaşadaq, yaşadaq ki ordakı  müsbətlərə , qorumalı olduğumuz nə varsa, hamısına sahiblənək,  özümüzdə saxlayaq. Beləliklə, Tarixdə  qala bilək,  bu kimi sərvətlərimizi qorumaqla, onların keşiyində durmaqla,  tarixiliyimizi sübut etməklə, sonra da xatırlanmaqla hər zaman varlığımıza sahib çıxaq.   Bu mövzunu nəsildən-nəsilə ötürək, hamılıqla keşikçi olmağı bacaraq .

Aliyə Əsədova





Mədəniyyət