Stolüstü tennisçilərin Podqoritsa sınağı başlayır

post-img

Azərbaycan Stolüstü tennis Federasiyasının mətbuat xidmətinin məlumatına görə, stolüstü tennisçilərimiz daha bir beynəlxalq yarışda iştirak edəcəklər. Söhbət Monteneqronun Podqoritsa şəhərində təşkil olunan “WTT youth star contender” turnirindən gedir. 
Belə ki, 30-a yaxın ölkənin idmançılarının qatılacağı turnirdə  seçmə komandamızın iki üzvü bacarığını göstərəcək. Məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Mərziyyə Nurmətova ilə Adil Əhmədzadə etimadı doğrultmağa çalışacaq. 

Turnirin reqlamentinə əsasən aprelin 11-i və 12-də qızlar, 14-ü və 15-də oğlanlar mübarizə aparacaqlar. 13 aprel tarixində isə, qarışıq-qoşa turnirində mükafatçılar müəyyənləşəcək.  

Qeyd edək ki, Mərziyyə Nurmətova ötən ay Antalyada keçirilən anoloji yarışda bürünc medala layiq görülüb.

Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman