"Qarabağ" 21 illik seriyanı qorudu

post-img

Futbol üzrə Misli Premyer Liqasında bu gün XXIX tura yükun vurulub. Turun son oyununda "Qarabağ" klubu "Azersun Arenada" "Kəpəz"i qəbul edib. 

Gərgin keçən matçın ilk hissəsində qalib müəyyənləşməyib. Belə ki, ilk hissəyə üstün başlayan Ağdam təmsilçisi artıq 5-ci dəqiqədə Abdullah Zubirin qolu ilə hesabı açmağa müvəffəq olsa da, 29-cu dəqiqədə qonaqlar Yeqor Xvalkonun qolu ilə hesaba tarazlıq gətiriblər. Bindan sonra birinci hissədə hesab dəyişməyib.

İkinci hissədə lider "Qarabağ"ın üstünlüyü açıq  şəkildə özünü göstərib. Belə ki, matçın 58-ci dəqiqəsində Riçard Almeydanın qolu ilə Ağdam təmsilçisi yenidən hesabda önə keçib. Lakin bu qol da meydan sahiblərini arxayın salmayıb. Ar-arda hücumlar təşkil edən Qurban Qurbanovun yetirmələri 67-ci dəqiqədə üstünlüyü bir qədər də artırıblar. Bu dəfə Leandro Adrade fərqlənib. 

Beləliklə, turun son matçı Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsilə başa çatıb. Bu görüşdən sonra 77 xala malik "Qarabağ" turnir cədvəlində vahid liderə çevrilib. "Kəpəz" isə 25 xalla yeddinci pillədə qərarlaşıb.

Sonda qeyd edək ki, bu günkü matçın intiriqası "Kəpəz"in 21 ildir ki, "Qatabağ"la oyunda qələbə qazana bilməməsidir. Bu axşamki görüşdə də "Qarabağ" növbəti dəfə rəqibi məğlub etməklə sözügedən seriyanı qorudu.

Elçin AĞAMİRZƏ,

Elşən AĞALAR (foto)

"Xalq qəzeti"

































İdman