Autsayder “Sabah”a qarşı

post-img

Bu gün Misli Premyer Liqasında XXIX turun daha iki matçı oynanılacaq.

Günün ilk matçı “Səbail” və “Sabah” komandaları arasında baş tutacaq. Oyun “ASCO Arena”da olacaq.

Qeyd edək ki, 65 xala malik “Sabah” klubu turnir cədvəlində ikinci pillədədir.  İndiyədək keçirdiyi gprüşlərdə 18 xal toplayan  “Səbail” isə çempionatın autsayderidir.

Günün son oyununda isə “Sumqayıt” doğma meydanda “Neftçi”ni qəbul edəcək. Bakı təmsilçisi turnir cədvəlində 57 xalla üçüncü, 24 xal toplayan ""Sumqayıt” səkkizinci sıradadır.

Qeyd edək ki, açılış oyununda dünən “Qəbələ” evdə “Zirə”ni 2:1 hesabı ilə məğlub edib. Tura sabah "Turan Tovuz" - "Şamaxı" və "Qarabağ" - "Kəpəz" görüşləri ilə yekun vurulacaq.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman