Qardaşlıq matçı başa çatdı

post-img

Bakı Olimpiya Stadionunda "Qarabağ" və "Qalatasaray" klubları arasında keçirilən xeyriyyə matçı bərabərlikl başa çatıb. "Qalatasaray" komandasının heyətində birinci hissənin dördüncü dəqiqəsində Bafetimbi Qomis hesabı açıb. Bundan 15 dəqiqə sonra isə Ağdam təmsilçisinin heyətində Redon Cica fərqlənib. Komandalar ilk hissəyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

İkinci hissənin 87-ci dəqiqəsində İstanbul təmsilçisinin hücumçusu Mauro İkardi 11 metelik cərimı zərbəsini dəqiq yerinə yetirərək komandasını hesabda irəli çıxarıb. Beləliklə matç "Qalatasaray"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da Türkiyədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə təşkil olunan matçı izləyiblər. 

Qeyd edək ki, görüşdən əldə ediləcək bütün gəlirlər zəlzələdən zərərçəkənlərə yardım üçün Türkiyəyə göndəriləcək. 

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman