Xeyriyyə matçında ilk hissə başa çatıb

post-img

Bakı Olimpiya Stadionunda "Qarabağ" və "Qalatasaray" klubları arasında keçirilən xeyriyyə matçının birinci hissəi başa çatıb. Ağdam təmsilçisinin start heyətində Amin Ramazanov, Maksim Medvedev, Rahil Məmmədov, Kevin Medina, Donald Gerye, Julio Romao, Qara Qarayev, Leandro Andrade, Adama Diakabi, Abdullah Zubir və Redon Cicada yer alıb. 

"Qalatasaray"ın heyətində meydana Okan Koçuk, Leo Dyubua, Matias Yensen, Emre Taşdemir, Kaan Ayhan, Yunus Akgün, Nikolo Zanyolo, Bafetimbi Qomis, Berkan Kutlu, Serjiu Oliveyra və Yusuf Demir çıxıb.

İlk hissənin dördüncü dəqiqəsində "Qalatasaray"ın futbolçusu Bafetimbi Qomis hesabı açıb. Bundan 15 dəqiqə sonra isə "Qarabağ" Redon Cica ilə hesaba tarazlıq gətirib. Beləliklə, ilk hissə 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə təşkil olunan matçı izləyirlər.

Qeyd edək ki, görüşdən əldə ediləcək bütün gəlirlər zəlzələdən zərərçəkənlərə yardım üçün Türkiyəyə göndəriləcək. 

Elçin AĞAMİRZƏ,

"Xalq qəzeti"

İdman