“Avro-2024”ün ilk matçı qonaqların xeyrinə yekunlaşıb

post-img

Bu gün futbol üzrə  “Avro-2024”ün seçmə mərhələsi çərçivəsində ilk görüşlər start götürüb. Günün ilk matçı Bolqarıstan-Monteneqro milliləri arasında keçirilib. Oyun Monteneqro millisinin 0:1 hesablı qələbəsi ilə başa çatıb. Oyundakı yeganə qolu 70-ci dəqiqədə Krstoviç vurub.

Qeyd edək ki, seçmə mərhələnin digər matçları təqribən bir saat sonra Avstriya-Azərbaycan, Çexiya-Polşa, Fransa-Niderland, Gibraltar-Yunanıstan, Moldova-Farer adaları, Seebiya-Litva və İsveç-Belçika milliləri arasında start götürəcək. 

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman