Rumıniyanın Buxarest şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürüb.
İlk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıblar. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki, Xasay Həsənli (77 kq) qitə birinciliyinə inamlı start verib. Ötən il analoji yarışın qalibi olan pəhləvanımız əvvəlcə türkiyəli Şahan Acara (10:0), daha sonra isə litvalı Aistis Liauqminasa (9:0) tam üstünlüklə qalib gəlib. Yarımfinalda ukraynalı Nikita Politayevdən (5:1) güclü olan Həsənli finalda moldovalı Aleksandrin Qutu ilə üz-üzə gəlib. Rəqibinə 3:6 hesabıyla məğlub olan Xasay Avropa ikincisi olub.
E.AĞAMİRZƏ, “Xalq qəzeti”