14 şahmatçı Monteneqroya yollanır

post-img

Martın 18-də Monteneqronun Petrovaç şəhərində qadın şahmatçılar arasında şəxsi Avropa çempionatına start veriləcək. Azər­baycan Şahmat Federasiyasından aldığımız məlumata görə, 11 turdan ibarət qitə çempi­onatında 35 ölkə iştirak edəcək. 

Azərbaycanı qitə çempionatında Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Xə­yalə Abdulla, Səbinə İbrahimova, Ayan Al­lahverdiyeva, Ləman Hacıyeva, Nərmin Ab­dinova, Mələk İsmayıl, Nazlı Hümbətova və Lalə Hüseynova təmsil edəcəklər. 

Avropa çempionatının ümumi mükafat fondu 60 min avro təşkil edir. Qitə çempiona­tına martın 29-da yekun vurulacaq. 

E.AĞAMİRZƏ, “Xalq qəzeti”

İdman