Mask öz şəhərini yaradacaq

post-img

Dünyanın aparıcı milyar-derlərindən olan İlon Mask iddialı çıxışı ilə gündəmə gəlib. 

“SpaceX”, “Tesla” və “Twitter” şirkətlərinin sahibi ABŞ-ın Texas ştatı yaxınlığındakı ərazidə öz şəhərini inşa edəcəyini bildirib. 

“Wall Street Journal” (WSJ) tərə­findən dərc edilən xəbərə görə, sö­zügedən şəhərin Ostin əyaləti yaxın­lığında yerləşən Bastrop qraflığında inşa ediləcəyi qeyd edilib. 

Tikintisi davam edən “Boring” və “SpaceX” obyektlərinin yanındakı ərazidə təməlinin atılması planlaşdı­rılan şəhərin İlon Maskın şirkətində çalışanların dünya bazarından aşağı kirayə haqqı ilə yeni evlərə köçməsinə şərait yaradılacağı iddia edilir. 

Texasın qanunlarına görə, inşa olunacaq ərazinin şəhər sayılması üçün ərizə verməzdən əvvəl həmin ra­yonda, ən azı, 201 nəfərin yaşaması tələb olunur. Bu prosesdən sonra əra­zidəki hakimdən razılıq alınır. 

Bastrop qraflığındakı səlahiyyətli şəxsin verdiyi açıqlamada qeyd edilib ki, Maskdan və ya onun sahibi olduğu hər hansı təşkilatdan, hələlik heç bir müraciət daxil olmayıb. 

Aytən NƏCƏFOVA, “Xalq qəzeti”

Son xəbərlər