Şüyüd bütöv bir aptekdir

post-img

Yüksək qan təzyiqi, qəbizlik, mədə və ya sidik kisəsi ağrıları ilə bağlı problemi olanlar gündəlik qidaya şüyüd əlavə etsələr, dərmanlardan azad olarlar. Şüyüddən ürək xəstəliklərinin qarşısının alınması üçün çox preparat hazırlanıb. 

Şüyüdün tərkibindəki anetin damar genişlənməsinə yol açır, qan laxtalarının əmələ gəlməsinin qarşısını alır və beyin də daxil olmaqla bütün orqanlara qan axınını yaxşılaşdırır. 

Şüyüd, hətta mədə - bağırsaq xoralarında istifadə olunur, spazmları aradan qaldırır. 

Şüyüd çox zəngin tərkibə malikdir. Bitkidə əsas sink, efir yağı və müxtəlif vitaminlər də daxil olmaqla geniş spektrli ele­mentlər var. 

Təbii qarışımı almaq üçün çaydana bir xörək qaşığı şüyüd toxumu qoyun və üzərinə 0,5 litr qaynar su tökün.Toxumlarda­kı bütün qiymətli maddələrin suya ötürülməsi üçün 40 dəqiqə salfet və ya dəsmal altında buxarlansın. Hazırlanan həlim gündə ən azı 7–10 dəfə, acqarına olmamaq şərtilə 3 qurtum içilməlidir. 

Müalicə kursu bir həftədir. Profilaktika üçün isə hər ay 2–3 gün istifadə etmək olar. 

Hazırladı: Z.HÜSEYNOVA, “Xalq qəzeti”

Sosial həyat