İmran Xanın tərəfdarları polislə toqquşub  Xanın tərəfdarları polislə toqquşub

post-img

Dünən Pakistan polisinın ölkənin sabiq Baş naziri İmran Xanı yenidən həbs etmək cəhdi baş tutmayıb. Məlumatı “İn­terfaks.ru” verib. 

Məlumata görə, İmran Xanın iqamətgahı onun tərəf­darları tərəfindən möhkəm mühafizə olunduğandan po­lis qüvvələri binaya daxil ola biməyib. Xanın tərəfdarları ilə polis arasında toqquşma olub. 

Qeyd edək ki, bu il fevra­lın 28-də məhkəmə tərəfindən Xanın həbsi barədə qərar çıxa­rılmış, polis onu İslamabaddakı iqamətgahında həbsə almışdı. Lakin İslamabad Ali Məhkəmə­si sabiq baş nazir barəsində şəhər dairə məhkəməsinin verdiyi həbs hökmünün dayan­dırılması barədə qərar çıxar­mışdı. Amma Xan martın 13- də məhkəməyə gəlməli idi. 

İmran Xan 2018-2022-ci illərdə Pakistanın baş naziri olub. 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər