Azərbaycan Basketbol Liqasında XXI turun daha bir qarşılaşması keçirilib. “Sərhədçi” İdman Mərkəzində “AAAF Xırdalan BK” komandası “Zirvə Astara BK” ilə görüşüb. Qarşılaşma birincilərin xeyrinə başa çatıb. Bununla da “AAAF Xırdalan BK” basketbolçuları play-off zonasındakı mövqeyini bir qədər möhkəmləndirib.
Əlavə vaxtın oynanıldığı görüşdə geri dönüş edən “AAAF Xırdalan BK” 90-85 hesabı ilə çətin qələbə qazanıb. Oyunun ən məhsuldar basketbolçuları “AAAF Xırdalan BK” komandasında Endryu Korum ( 21 xal, 16 ribaund ), “Zirvə Astara BK”-dən isə Cerret Henderson (21 xal, 10 ribaund ) olublar.
Qeyd edək ki, əzmkar qələbədən sonra “AAAF Xırdalan BK” 35 xalla turnir cədvəlində ikinci pilləyə yüksəlib. 25 xal toplayan “Zirvə Astara BK” isə yeddinci yerdədir.
Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

