“Şamaxı” rəqiblərə sürpriz yaşadır

post-img

Misli Premyer Liqasında XXV turun ilk qarşılaşmasında “Zirə” komandasının qonağı olan “Şamaxı” növbəti dəfə azarkeşləri təəccübləndirməyi bacarıb. Belə ki, ötən tur çempionluğa iddialı “Sabah” klubunu məğlub edən Şamaxı təmsilçisi “Zirə” klubuna çətinlik yaşadıb. 


Qeyd edək ki, gərgin mübarizə şəraitində keçən görüşdə qalib müəyyənləşməyib–2:2. İlk qolu “Zirə” komandası vursa da ard-arda iki dəfə rəqibin torunu silkələyən “Şamaxı” üstünlüyü ələ alıb. Çətinliklə vurulan bərabərlik qolu sayəsində “Zirə” komandası doğma meydanda məğlubiyyətdən xilas ola bilib. 
Qeyd edək ki, hazırda “Zirə” 36 xalla turnir cədvəlində dördüncü pillədə, “Şamaxı” isə 20 xalla səkkizinci yerdədir.


Elçin AĞAMİRZƏ,  
“Xalq qəzeti”

İdman