Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında X tura yekun vurulub. Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinin məlumatına görə, Voleybol Mərkəzində təşkil olunan X turda “Xarıbülbül” MOİK-lə üz-üzə gəlib.
Qarşılaşma Şuşa təmsilçisinin üstünlüyü ilə başa çatıb. İlk setdə 25:19 hesabı ilə qalib gələn “Xarıbülbül” ikinci setdə 24:26 hesabı ilə məğlub olub. Üçüncü və dördüncü hissələri (hər iki setdə 25:17) hesabı ilə qalib başa vuran “Xarıbülbül” 3 xalı 3:1 hesablı qələbə ilə əldə edib.
Qeyd edək ki, X turun “Neftçi” - “Murov” qarşılaşması baş tutmayıb. “Neftçi” klubu oyuna çıxmadığına görə matçın hakimləri və oyunun supervayzeri qaydalara uyğun olaraq komandaya texniki məğlubiyyət veriblər.
Beləliklə, X turdan sonra Azərbaycan Yüksək Liqasında “Murov” 29 xalla turnir cədvəlində birincidir. 18 xala malik “Xarıbülbül” ikinci, 12 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.
Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”