Teymur Rəcəbov ilk “10-luq”da

post-img

Beynəlxalq Şahmat Federasiyası (FIDE) qrossmeysterlərin yeni rey­tinq siyahısını açıqlayıb. Azərbaycan Şahmat Federasiyasının mətbuat xid­mətindən bildirilib ki, FIDE-nin rəsmi saytında yerləşdirilən reytinqdə qross­meysterimiz Teymur Rəcəbov yenidən ilk “10-luğ”a qayıdıb. 

2747 xalı olan 36 yaşlı qrossmeyster 10-cu pillədə yer alıb. Milli komandanın digər qrossmeysteri Şəhriyar Məmməd­yarov 2738 xalla 15-ci yerdə qərarlaşıb. 

Şahmatçılarımızdan Qədir Hüseynov (2661) 83-cü, Rauf Məmmədov (2646) isə 100-cü yerdədir. Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Kar­lsen (2852) başçılıq edir. Rusiyalı Yan Nepomnyaşi (2795) ikinci, çinli Liren Dinq (2788) üçüncüdür. Qadın şahmatçılardan ibarət Azərbaycan yığmasının üzvlərin­dən Günay Məmmədzadə (2472) 22-ci, Ülviyyə Fətəliyeva (2427) 42-ci, Gövhər Beydullayeva (2388) 61-ci, Xanım Bala­cayeva (2372) 70-ci, Gülnar Məmmədova (2358) 88-ci pillədədir. 

Qadınların reytinqinə çinli Xou Yifan (2628) başçılıq edir. 

 

Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

İdman