Honq-Konqda yeni COVID-19 peyvəndi

post-img

Son illərdə texnologiya və süni intellektin sürətli inkişafı ilə səhiyyə sektoru süni intellektin gücündən faydalanmaq üçün səylərini sürətləndirməyə başlayıb. 

Honq-Konqda yerləşən əczaçılıq şirkəti “Insilico Medicine” dünyanın ilk süni intellektinin dəstəyi ilə hazırlanmış COVID-19 peyvəndini istehsal etdiyini açıqlayıb. Dərmanın klinik sınaqlarına yaxın günlərdə başlanılacaq. 

2019-cu ildə başlayan və uzunmüd­dətli pandemiyaya və qısa zamanda bü­tün dünyada milyonlarla insanın ölümünə səbəb olan COVID-19 son illərin ən təh­lükəli xəstəliklərindən birinə çevrilib. Qısa müddətdə bu virusa qarşı təsirli dər­manlar hazırlansa da, COVID-19 hazırda dünyanın bir çox yerində öz təsirini ciddi şəkildə göstərməkdədir. 

“Insilico”nun yeni COVID-19 pey­vəndi virusun tərkibindəki proteazlar kimi tanınan fermentləri birləşdirir ki, bu da insan orqanizminə yan təsirləri qoru­yur. Oksford Universitetinin professoru Peter Juni, “Insiliko”nun yeni dərmanı haqqında deyib: “Düşünürəm ki, dərmanı hazırlamaqda hədəf böyükdür. Virusun tərkibindəki proteazlar insan orqanizmin­də olan proteazlardan fərqli olduğu üçün dərmanın orqanizmə zərər verməsi demək olar ki, mümkün deyil”. O, həmçinin dərmanın təsirli və etibarlı ola biləcəyini söyləyib. 

“Insilico” tədqiqatçıları ilk klinik sı­naqların Çindəki laboratoriyalarda başla­yacaqlarını açıqlayıblar. 

Səadət RZAYEVA, “Xalq qəzeti”

Son xəbərlər