Bu gün X tur start götürür

post-img

Kişilər və qadınlar arasında Azər­baycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib. Azərbaycan Voleybol Federasiyasından qəzetimizə verilən məlumatda bildirilir ki, IV döv­rənin oyunları bu gün və sabah start götürəcəcək. 

Bu gün qadın voleybolçular arasın­da Yüksək Liqada X turun oyunları ke­çiriləcək. İlk olaraq meydana “Azərreyl” - “Murov” klubları çıxacaq. Görüş saat 16:00-da baş tutacaq. Turun növbəti qar­şılaşmasında isə “Abşeron” və UNEC üz-üzə gələcək. Həmin oyunun start fiti isə saat 18:00-da çalınacaq. 

Qeyd edək ki, sabah isə kişi voley­bolçular arasında Yüksək Liqada X turun oyunları keçiriləcək. Voleybol Mərkəzində təşkil ediləcək turun ilk matçı saat 16:00- da “Neftçi” və “Murov” komandaları ara­sında olacaq. Saat 18:00-da isə MOİK - “Xarı bülbül” dueli start götürəcək.

Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

İdman