“TamGənc” Tələbə Basketbol Liqasında 11-ci tur yekunlaşdı

post-img

ABB-nin sponsorluğu ilə Azərbaycan Texniki Universitetinin idman zalında “TamGənc” Tələbə Basketbol Liqasının 11-ci turunun oyunları keçirilib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və idman Akademiyası (ADBTİA) və Azərbaycan Dövlət Neft Sənayesi Universiteti (ADNSU) arasında keçirilən matçda birincilərin 94-70 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, BMU - BDU arasında görüş 61-55, Xəzər - ADİU oyunu isə 60-67 hesabı ilə yekunlaşıb.  

Xatırladaq ki, 11 turdan sonra çempionata Azərbaycan Texniki Universitenin (ATU) komandası başçılıq edir.

Elçin ABBASOV,

"Xalq qəzeti"

 

İdman