Bu həftə UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində “Qarabağ” klubu Belçikada “Gent” komandasının qonağı olacaq.
Bildirilir ki, Ağdam təmsilçisi fevralın 21-də Belçikaya yollanacaq.
Məlumat üçün deyək ki, “Gent”-“Qarabağ” matçı fevralın 23-dən 24-nə keçən gecə Bakı vaxtı ilə 00:00-da başlayacaq.
Xatırladaq ki, komandalar arasında Bakıda baş tutan ilk matçda Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Bunun sayəsində komandamız Belçikaya bir qədər üstün yollanacaq.
Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

