Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 41 min 156 nəfərə yüksəlib

post-img

Türkiyədə əsrin fəlakəti adlandırılan zəlzələ nəticəsində həlak olanların sayı 41 min 156 nəfərə yüksəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədri Yunus Sezer tərəfindən açıqlanıb. Onun sözlərinə görə, Hataydakı 15 binada axtarış-xilasetmə əməliyyatları davam edir. Bölgəyə 300 minə yaxın çadır göndərilib.

Fevralın 6-da Kahramanmaraşda baş vermiş iki dağıdıcı zəlzələdən sonra yeraltı təkanlar ara vermir. İndiyə qədər zəlzələ bölgəsində 6 min 414 afterşok qeydə alınıb.

Son xəbərlər