AMEA Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım göstərməyi davam etdirir

post-img

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərər çəkmiş insanlara kömək məqsədilə fevralın 6-dan yardım göstərməyə başlayıb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, fevralın 20-dək akademiyanın kollektivi tərəfindən Türkiyənin AFAD qurumuna 90 min 571 manat ianə edilib. AMEA-nın Rəyasət Heyəti və elmi-tədqiqat müəssisələrinin kollektivləri Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım kampaniyasında yaxından iştirak edir, maddi və mənəvi dəstəklərini davam etdirirlər.

Elm