ÇL-də gərgin mübarizə

post-img

UEFA Çempionlar Liqasının (ÇL) səkkizdəbir final mərhələsi çərçivəsində baş tutan ilk dörd oyun gərgin mübarizə şəraitində keçib. 

Belə ki,  Parisdə PSJ ilə qarşılaşan “Bavariya” klubu meydan sahiblərinə minimal hesabla  qalib gəlib. Oyunda yeganə qolu 53-cü dəqiqədə Kinqsli Koman vurub. İtaliydada isə “Milan” komandasə  Londonun “Tottenhem” klubunu qəbul edib. Həmin görüşün 7-ci dəqiqəsində Brahim Dias hesabda komandasını irəli çıxarıb. Oyun elə bu hesabla da bitib-1:0. Qeyd edək ki, cavab oyunları martın 8-də keçiriləcək.

Turnir çərçivəsində keçirlimiş digər matçda isə Dortmund “Borussiya”sı “Çelsi”ni sınağa çəkib. Meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıan matçda yeganə qol 63-cü dəqiqədə vurulub. Qolun müəllifi K. Adeyemidir. 

Səkkizdəbir fina mərhələsi çərçivəsində daha bir görüş isə Portuqalianın “Benfika” və Belçikanın  “Brügge” klubları arasında baş tutub. Həmin oyunda  “Benfika” 2:0 hesablı qələbə qazanıb. “Benfika”nın qollarını c1-ci dəqiqədə  11 metrlik cərimə zərbəsindən Joao Mario və 88-ci dəqiqədə D.Neres vurublar.  Komandalar arasında cavab oyunları martın 7-də keçiriləcək.

Elçin AĞAMİRZƏ,

“Xalq qəzeti”

İdman