XXIII tur start götürür

post-img

Peşəkar Futbol Liqasının məlumatına görə,  bu gün Misli Premyer Liqasında  XXIII turun oyunları start götürəcək. Turun ilk qarşılaşmasında “Kəpəz” “Şamaxı”nı qəbul edəcək.  

Turun digər iki matçı isə isə fevralın 18-də keçiriləcək. Həmin gün “Qəbələ” –“Sumqayıt” və “Neftçi”-“Səbail” komandaları üz-üzə gələcəklər.

Turun digər maraqlı bir qarşılaşması fevralın 19-da “Sabah”-“Turan Tovuz” klubları arasında olacaq. Tura həmin gün “Zirə”-“Qarbağ” matçı ilə yekun vurulacaq.

Elçin ABBASOV,

"Xalq qəzeti"

İdman