AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

post-img

QƏRAR

 

“Ləğv edilmiş Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin normativ hüquqi aktlarının və onların struktur elementlərinin, Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktlarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 iyul tarixli 277 nömrəli Qərarında dəyişiklik edilməsi və “Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci ....il 8 yanvar tarixli 10 nömrəli Qərarının ləğv edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ləğv edilmiş Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin normativ hüquqi aktlarının və onların struktur elementlərinin, Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktlarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 iyul tarixli  277 nömrəli Qərarına (Azərbaycan Respub-likasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1475, № 11, maddə 2152; 2018, № 10, maddə 2157) 2 nömrəli əlavə – “Ləğv edilmiş Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin normativ hüquqi aktları və onların struktur elementləri və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktları”nın 30-cu hissəsi ləğv edilsin. 

2. “Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 8 yanvar  tarixli 10 nömrəli Qərarı  (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 59; 2003, № 6, maddə 351; 2007, № 11, maddə 1186; 2009, № 1, maddə 22; 2016, № 8, maddə 1449) ləğv edilsin.

 

                                    Əli Əsədov

                                  Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri,  14  fevral  2023-cü il

49 №-li nüsxə

Nazirlər kabinetinin qərarları