“Azərbaycan Respublikası ərazisində istehsal olunan və ölkə ərazisinə idxal edilən alkoqollu içkilərə, pivəyə, etil (yeyinti) spirtinə və tütün məmulatlarına tətbiq olunan dövlət aksiz markalarının sifarişi, satışı, uçotunun aparılması və onlardan istifadə olunması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 2002-ci il 14 yanvar tarixli 009 nömrəli əmrində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin yeddinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikası ərazisində istehsal olunan və ölkə ərazisinə idxal edilən alkoqollu içkilərə, pivəyə, etil (yeyinti) spirtinə və tütün məmulatlarına tətbiq olunan dövlət aksiz markalarının sifarişi, satışı, uçotunun aparılması və onlardan istifadə olunması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 2002-ci il 14 yanvar tarixli 009 nömrəli əmrinin 1-ci hissəsi (2006-cı il 28 iyul tarixli 0143 nömrəli əmrlə edilmiş dəyişikliklər) ləğv edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 14 fevral 2023-cü il
50 №-li nüsxə