Qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb

post-img

Oktyabrın 8-də saat 12 radələrində Gəncə şəhəri, Mahrasa bağı 94 ünvanında 2009-cu il təvəllüdlü C.Vəliyevin (şərti) ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Gəncə şəhər prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı 2007-ci il təvəllüdlü B.Zamanovun (şərti)  bıçaqla xəsarətlər yetirməklə C.Vəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

B.Zamanov könüllü gələrək polisə təslim olub və şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

N.Adilqızı
XQ

Hadisə