Oğurluq edənlər saxlanılıb

post-img

Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Lökbatan qəsəbəsi ərazisində “VAZ” markalı 5 avtomobildən ümumilikdə 2230 manat dəyərində geyim əşyaları, pul və 5 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, 1988-ci il təvəllüdlü Z.Vəliyev müəyyən olunaraq saxlanılıb. 

DİN mətbuat xidmətinin məlumatına görə, dekabrın 16-da isə Maştağa qəsəbəsi ərazisində bir konteynerdən 5000 manat dəyərində avtomobil ehtiyat hissələri və dəmir materialların oğurlanması barədə polisə məlumat daxil olub. 

Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü R.Yusubov müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

XQ

Hadisə