Kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıblar

post-img

Dekabrın 15-də Xətai rayonu ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub. Xəbəri DİN mətbuat xidməti verib.  

Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Ə.Əmrahov müəyyən olunaraq saxlanılıb. 

Dekabrın 17-də saat 15 radələrində Binəqədi qəsəbəsi ərazisindən də bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.  

Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü M.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

XQ

Hadisə