"Neftçi"nin avtobusu qəzaya düşdü

post-img

"Neftçi"nin əsas komandasını daşıyan avtobus bu gün Qəbələyə yola düşərkən yüngül qəza keçirib.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, hadisə Bayıl qəsəbəsində baş verib. Hər iki tərəfdə xəsarət alan olmayıb.

Qeyd edək ki, noyabrın 5-i klub Premyer Liqanın XII turunda, saat 16:00-da Qəbələdə şəhərin eyniadlı kollektivi ilə üz-üzə gələcək.

Hadisə