Ukrayna səfirinin müşaviri Ermənistanda boğularaq ölüb

post-img

Ukraynalı Sevan (Göyçə) gölündə boğulub. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti məlumat yayıb.

Erməni KİV-i xəbər verir ki, hadisə yerinə cəlb olunmuş su xilasediciləri vətəndaşı təxminən 1,5 m dərinlikdən çıxararaq motorlu qayıqla sahilə çıxarıblar.

Hadisə yerinə gələn xilasedicilər onun öldüyünü müəyyən ediblər.

Fotojurnalist Qaqik Şamşyanın sözlərinə görə, boğulan şəxs Ukraynanın Ermənistandakı səfirinin müşaviridir.

S.ELAY,

"Xalq qəzeti"

Hadisə