Samboçumuz II MDB Oyunlarında bürünc medal qazanıb

post-img

Belarusda keçirilən II MDB Oyunlarında Azərbaycan samboçusu Rəsul Aydəmirov bürünc medal qazanıb. Azərbaycan Sambo Federasiyasından verilən məlumata görə, 98 kiloqram çəki dərəcəsində yarışan idmançımız yarışların son günündə bürünc medala yiyələnib. O, həlledici görüşdə Qazaxıstan samboçusu Əlibəy Zekenova qalib gəlib.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman