“Leyptsiq” ilk dəfə Almaniya Superkubokunu qazanıb

post-img

Almaniya Bundesliqasında son illər fəal oyun nümayiş etdirən “Leyptsiq” klubu tarixində ilk dəfə Superkubokun qalibi olub.  Bu barədə Türkiyənin “Aretı49.com” portalı yazıb. 

Mənbə yazır ki, Superkubok uğrunda “Bavariya” ilə qarşılaşan “Leyptsiq” rəqibi böyük hesbla məğlub edib. Qarşılaşma “Leyptsiq”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.  Belə ki, üçüncü dəqiqədə Dani Olmo ilə hesabı açan  “Leyptsiq” futbolçuları bu qoldan sonra arxayınlaşmayıb. 44-cü dəqiqədə də dubl edən Dani Olmo münhenliləri yenidən meydanın mərkəzinə dəvət edib. 68-ci dəqiqədə isə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Olmo “Bavariya”nı üçüncü dəfə məyus edib. Bununla da  “Leyptsiq” klubu  tarixində ilk dəfə Almaniya Superkubokunu muzeyinə aparıb.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman