Ədəbiyyat Muzeyində növbəti elmi seminar

post-img

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində təcrübə keçən tələbələrlə növbəti elmi seminar məşğələsi keçirilib.

Muzeyin Ədəbi salnamə və bədii-sənədli kinoxronikalar şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülsəba Həsənova “İnteraktiv muzeylərin informasiya resursları” mövzusunda məruzə ilə çıxış edib.

O, qeyd edib ki, müasir muzey artıq sadəcə fiziki eksponatların saxlancı olmayıb, həm də nəhəng rəqəmsal verilənlər mərkəzidir. Vurğulanıb ki, elektron məlumat nəşrləri və rəqəmsal resurslar muzey fondlarının qlobal şəbəkəyə inteqrasiyasını təmin edir. Mədəni irsi zaman və məkan məhdudiyyəti olmadan tədqiqatçılar və geniş auditoriya üçün əlçatan edir.

Bildirilib ki, mobil proqramlar ziyarətçiyə muzey daxilində və ya ondan kənarda eksponat haqqında əhatəli və multilinqivistik məlumat əldə etmək imkanları yaradır. Bu, muzeyin təhsil funksiyasının rəqəmsal müstəvidə reallaşmasının ən səmərəli yoludur.

Seminar məşğələsi tələbələrin sual və çıxışları ilə davam edib.

Qabil YUSİFOĞLU
XQ

Elm