AMEA-nın Naxçıvan Bölməsinin Elmi Kitabxanasında “Qərbi Azərbaycana Qayıdış” adlı virtual sərgi təşkil olunub

post-img

AMEA-nın Naxçıvan Bölməsinin Elmi Kitabxanasında “Qərbi Azərbaycana Qayıdış” adlı sərgi təşkil edilib.

Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, sərgidə Qərbi Azərbaycanın tarixi, görkəmli şəxsiyyətləri, xanlıqlar dövrü, azərbaycanlılara məxsus olan dağıdılmış yaşayış məntəqələrinin siyahısı, Zəngəzur qəzası üzrə viran qoyulmuş kəndlərin siyahısı, Azərbaycanın müxtəlif tarixi dövrlərdəki xəritələri və fotoşəkillər nümayiş olunur.

Kitablar sırasında “Qərbi Azərbaycanın etnomədəni mühiti: tədqiqlər, xatirələr, faktlar”, “Ağbaba”, “Qərbi Azərbaycan: tarixi-siyasi aspektlər, “Qərbi Azərbaycan: faktlar, sənədlər, reallıqlar”, “Ağbaba, Şörəyel, Pəmbək və ona yaxın olan bölgələrin mikrotoponimləri”, “Göyçədən başlayan ömür yolu” və başqaları yer alıb.

Elm