Şəkidə Xalq şairi, AMEA-nın həqiqi üzvü Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunub

post-img

Konfransda TÜRKSOY-un Baş katibi, Qırğızıstan Respublikasının Xalq yazıçısı Sultan Raev Nadir Məmmədlini  TÜRKSOY medalı ilə təltif edib.

Mayın 18-də Şəki şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Mahmud Kaşqari adına Beynəlxalq Fondun birgə təşkilatçılığı ilə unudulmaz Xalq şairi, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr edilmiş beynəlxlaq konfrans keçirilib.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Şimali Kıbrıs Türk Cümhuriyyətinin təmsilçisi Ufuk Turqaner, Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel, Qırğızıstanın ölkəmizdəki səfiri Maksat Mamitkanov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktoti Raimkulova, TÜRKSOY-un Baş katibi, Qırğızıstan Respublikasının Xalq yazıçısı Sultan Raev, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Milli Məclisin deputatı, Mahmud Kaşqari adına Beynəlxalq Fondun prezidenti Cavanşir Feyziyev, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli, eləcə də digər təşkilatların nümayəndələri, elm adamları, ziyalılar iştirak ediblər.

Konfransda Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Bəxtiyar Vahabzadə yaradıcılığından danışıb. Bildirilib ki, Bəxtiyar Vahabzadə nəinki Azərbaycanın, eləcə də bütün Türk dünyasının ən qüdrətli söz ustalarından biri olub. Onun əsərləri Azərbaycanda olduğu kimi, Türkiyədə də, türkdilli ölkələrdə də sevə-sevə oxunulur.

Konfransda TÜRKSOY-un Baş katibi, Qırğızıstan Respublikasının Xalq yazıçısı Sultan Raev Nadir Məmmədlini  TÜRKSOY medalı ilə təltif edib.



Elm